Rus əsilli Aktrisa İnarə Quliyeva

Rus əsilli Aktrisa İnarə Quliyeva

İnara Aleksnadrovna Quliyeva 1950-ci il yanvarın 4-də Moskvada anadan olub. Atası azərbaycanlı, anası rus idi. Atası Bakıda yaşayıb, zabit kimi fəaliyyət göstərib. Bakıda xeyli qohumları olsa da, babası ilə nənəsi boşandıqdan sonra aktrisanın azərbaycanlı qohumları ilə əlaqəsi kəsilmişdir. 1972-ci ildə Rus teatral incəsənət akademiyasını (GİTİS) bitirib. 1994-cü ildən Rusiyanın əməkdar artistidir.

İnara Quliyeva Moskva operetta teatrının solisti olub. 1978-ci ildə "müsiqili teatr rejissoru” ixtisasını alan İ.Quliyeva bu gün rus telekanallarında bir sıra məşhur verilişlərin müəllifidir. İnara Quliyeva çoxlu sayda musiqili teatr tamaşalarının quruluşunu verib.

O, bir sıra bədii filimlərdə çəkilib. Sovet İttifaqında populyar film olan "Dövlət sərhəddi”, "Sönən ulduzların işığı” kimi filmlərdə yaddaqalan obrazlar yaradıb.

Azərbaycanın bir neçə bədii filmlərindən rol alıb. İlk dəfə onu Azərbaycana filmə çəkilməyə yaxın dostu Oqtay Mirqasımov dəvət etmişdir. Rejissor onu Rəşid Behbudov haqqında ekranlaşdırdığı “1001-ci qastrol” filmində İradə roluna çəkilməyə dəvət edib. İnarə Quliyeva "Qaynana”da Afət rolunda, və "Alma almaya bənzər” filmində müəllimə rolu ilə tamaşaçıların yaddaşında qalıb.

İnara Quliyeva operatta tamaşalarında çoxsaylı rollar oynayıb.Sonuncu quruluş verdiyi operatta Ştrausun "Qaraçı baron” klassik operettasıdır. Hazırda teatr məktəbində həm də dərs deyir.

Rusiya televiziyasında bir sıra musiqili verilişlərin müəllifidir. Hazırda ölkənin müxtəlif teatrlarında rejissorluqla məşğuldur və hal-hazırda Moskva Operetta teatrında fəaliyyətini uğurla davam etdirir.

Opera artisti Vitali Mişle ilə evlidir.

Filmoqrafiya

Gün hələ qabaqdadır (film 1970) Nataşa
1001-ci qastrol (film, 1974)(tammetrajlı bədii film) - İradə
Alma almaya bənzər (film, 1975)(tammetrajlı bədii film)-rol: Aişə
Dədə Qorqud (film, 1975) - Selcan
Qraf Lüksemburq (film-tamaşa 1975) Nini
Qızlar qalmaqalı (film-tamaşa 1975) Lukerya
Günlərin bir günü... (film, 1976) Sənubər
Yeddi qaçırılan bəylər (film 1976) Malikə Usmanova
Şir evdən getdi (film, 1977) Kenquru
Espanyola və ya Lope de Veqadan işarə... (film-tamaşa 1977)
Fənd (film, 1978)
Qayınana (film, 1978) - Afət / Zərifə
Medallara aparan yol (film 1980) Sveta Sergeyeva
Dövlət sərhədi (Şərq hüdudları, 3-cü film) (film 1982) Olqa
Operetta bayramı (film-tamaşa 1982) Eva
Kəndimin insanları (film 1983) Xaltac
Min birinci söz (sənədli film, 1997)

Netd.Az

Digər Məqalələr

MobTop.az