Rübail Azimov & Xatirə İslam - Bir Gün O Gələr

Rübail Azimov & Xatirə İslam - Bir Gün O Gələr

MP3 YÜKLƏ

Mahnının Sözləri

Bu qaranlıq gecələr onu məndən soruşar
Ürəyim öz-özünə nə yalanlar danışar
Yenə qəlblər qovuşar, ayrılanlar barışar
Yenə halım pərişan, onu mən gözləyirəm

Nə yalandan danışım, ürəyim ağrı tutub
Bəlkə gizlincə sevir, bəlkə çoxdan unudub
Soruşurlar nə olub? Səni illər mi yorub?
Kimsə bilmir halımı, onu mən gözləyirəm

Bitmir gecələr, gecələr
Səbr et ay ürək
Bir gün o gələr x2

Ağlım hər kəsdən uzaq başqa yerlərdə gəzir
Nə olur anlamıram sanki günlər tələsir
Qürurum yoxdu daha olmuşam indi əsir
Bəs indi harda gəzir? Onu mən gözləyirəm

Nə çətindir yaşamaq sevdiyin kəsdən uzaq
Gəl otur dinlə məni bitsin hər şey unudaq
Uzun hekayəmizə yeni bir səhifə yazaq
Nə olar gəl barışaq səni mən gözləyirəm

Bitmir gecələr, gecələr
Səbr et ay ürək
Bir gün o gələr x2

Söz: Rübail Azimov
Musiqi: Renat Sobirov & Rübail Azimov



Netd.Az

Digər Məqalələr

MobTop.az