Pünhan Piriyev - Yandım İlahi Mahnı Sözləri + Mp3 Yüklə

Pünhan Piriyev - Yandım İlahi Mahnı Sözləri + Mp3 Yüklə

MP3 YÜKLƏ

Pünhan Piriyev - Yandım İlahi Mahnı Sözləri

Çərxi dövranın oxu çıxdı yayından
Neçə sultanı salıbdır sarayından
Hər kəsən götürdü öz tale payından
Mən götürə bilmədim yubandım ilahi
Hər kəsən götürdü öz tale payından
Mən götürə bilmədim yubandım ilahi

Yandım ilahi, yandım ilahi
Səni hər şeydən əziz sandım ilahi x2

Qara bəxtim yuxudan çox gec oyandı
Daha yol gözləməyim gözümə dayandı
Göydə bir xoşbəxtlik ulduzu yandı
Mən onu bəxtimə qısqandım ilahi
Göydə bir xoşbəxtlik ulduzu yandı
Mən onu bəxtimə qısqandım ilahi

Yandım ilahi, yandım ilahi
Səni hər şeydən əziz sandım ilahi x2

Yol açıqdır gedəni saxlamaq olmaz
Hər ötən sevgi üçün ağlamaq olmaz
Bildim ki, insana bel bağlamaq olmaz
Mən sənə bir az da bağlandım ilahi
Bildim ki, insana bel bağlamaq olmaz
Mən sənə bir az da bağlandım ilahi

Yandım ilahi, yandım ilahi
Səni hər şeydən əziz sandım ilahi x2

Söz & Musiqi: Xəyyam

Netd.Az

Digər Məqalələr

MobTop.az