Polad Həşimovun Ailəsinə "Qasim Süleymani" Medalı Verildi

Polad Həşimovun Ailəsinə "Qasim Süleymani" Medalı Verildi

Şəhid general Polad Həşimovun ailəsinə Şəhid general Hacı Qasim Süleymani medalı verildi.

İran İslam respublikasının Azərbaycandakı səfiri və ali lider Ayətullah Seyid Əli Xameneinin nümayəndəsi general Polad Həşimovun ailəsini ziyarət edib.

Bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün Twitter səhifəsində paylaşım edib.

Səfir bildirib ki, səfirliyin hərbi attaşesi və Ali Rəhbərin Azərbaycan üzrə nümayəndəsi Seyid Əliəkbər Ocaq Necat ilə birlikdə general şəhid Polad Həşimovun evində olduq.

"Şəhidin ailəsi ilə görüş zamanı general şəhid Qasim Süleymani adına olan lövhə və medalı şəhid Polad Həşimovun xanımına və övladlarına təqdim etdik."

Bu İran İslam Respublikasının Azərbaycan şəhidlərinə verdiyi dəyərin göstəricilərindən sadəcə biridir.

Netd.Az

Digər Məqalələr

MobTop.az