Ənuşirəvan Adilin Nəsihətləri

Ənuşirəvan Adilin Nəsihətləri

• Elmi olub, ağlı olmayan adama elmi əziyyət verər.
• Sənə pis deyəni onu sənə xəbər gətirəndən tez bağışla.
• Uzun müddət peşman olmaq istəmirsənsə, nəfsə tabe olma.
• İstəyirsənsə ki, dilin uzun olsun, əlini gödək et.
• İstəyirsən ki, ürəyinə heç bir məlhəmlə sağalmayan yaralar vurulmasın,nadan adamla höcətə girişmə.
• Nadanı hər şeydən qorumaq, özünü öz nadanlığından qorumaqdan daha asandır.
• Qorxusuz yaşamaq istəyirsənsə, başqalarına pislik etmə.
• Ariflər səadət, iqbal gətirər,Nadanı xeyri də zərər yetirər.
• Gecə və gündüz bir-biri ardınca gəlib getdiyini görən insan haldan hala dönməsinə kədərlənməsin. Yəni sevinc gedib kədər gəlirsə, kədər gedib sevinc gəlirsə, əhəmiyyət verməsin.
• İnsan, bir işi bir dəfə edib sonra peşman olmuşsa, bir daha o işi etməsin.
• Dostlarına düşmən olan birinə nə üçün dost deyilsin?
• Özünü müdrik sanan məlumatsızdan çəkin.
• Öz nəfsinə haqsızlıq etmə, nəfsinə əlindən gəlməyəcək işlər buyurma.
• Doğru söyləmək acıdır, amma sən doğru söylə.
• Düşməninin sirrini bilməsini istəmirsənsə, dostuna da sirrini demə
• Böyüklərə kiçik gözüylə baxma, çünki böyükləri kiçik görmək böyük ziyan gətirər.
• Dəyərsiz kəsləri ölmüş bil, onları diri sayma.
• Himmətsiz adamın çörəyini yeməkdənsə, aç ölmək daha yaxşıdır.
• Şübhənin yolunu yüz yerdən bağlayacaq olsan da, təcrübə etmədiyin adama güvənmə.
• Adamın, bilmədiyi şeyi iddia edib bacara bilməməsindən və yalançı olmasından böyük ayıb yoxdur.
• Əlindən gəldiyi halda, özündən istənən bir işi bitirməyən adamdan daha xəsis kimsə yoxdur.
• Bir adam sənin əleyhində bir söz söyləsə və biri də dostum deyə o sözü sənə yetişdirsə, sən bu dostunu ondan betər düşmən bil. Çünki o düşmən, arxandan danışar, dostun isə yüzünə qarşı söyləyər.
• Lazımsız yerlərə göz tikməkdən və qulaq asmaqdan daha böyük dərd olmaz.
• İnsan hər şeyi məlumatsızların şərindən saxlaya bilər, amma məlumatını öz şərindən saxlaya bilməz.
• Xalqın, sənin yaxşılığını söyləməsini istəyirsənsə, kimsənin pisliyini ifadəyə.
• Dostlarının az olmasını istəmirsənsə kindar olma.
• Dünyada zəhmət çəkməməyi, asanlıqla ömür sürməni istəyirsənsə, öz işinə bax, başqasının işinə qarışma.
• Səni dəlilərdən saymamalarını istəyirsənsə ələ keçməyəcək bir şeyi istəyə.
• Aldanmamaq istəyirsənsə, təcrübə edilmiş işləri buraxıb təcrübə edilməmiş olanlara yapışma.
• Xəcalətli olmaq istəmirsənsə, qatqın olmayan yerdən bir şey aparma.
• Pərdənin cırılmasını istəmirsənsə, kimsənin pərdəsini cırma.
• Arxandan gülünməsini istəmirsənsə, əlinin altındakıları yaxşı bəslə.
• Peşmanlıqdan uzaq olmağı istəyirsənsə könül arzusunu iş əldə etmə.
• Ağıllı kəslərdən olmağı istəyirsənsə özünü başqa birinin aynasında gör. Yəni bir adamın həyatına bax, etdiyi iş yaxşıdırmı, pis müdir? Əgər ondakı kimi səndə də pis bir iş varsa, bilərsən ki bu işlədiyin iş pisdir və yaxşı işi də özündə görərsən. Beləcə işinin yaxşısını pisini göstərmək üçün o adam sənə ayna olmuş olar.
• Qorxusuz olmağı istəyirsənsə, xalqla döyüşmə, onları incidənlərdən olma.
• Sənə hörmət etmələrini istəyirsənsə başqalarının hörmətini et.
• Xalqın sənin sözünlə iş görməsini istəyirsənsə, əvvəl sən öz sözünlə iş gör.
• Əgər bütün könüllərdə yerinin olmasını istəyirsənsə, sözünü bütün könüllərə uyğun gələcək şəkildə söylə.
• Kamillərdən olmaq istəyirsənsə, özünə layiq görmədiyin bir işi başqasına da layiq görmə.

Netd.Az

Digər Məqalələr

MobTop.az