Mövlana Cəlaləddin Rumi | Müdrik və Dəyərli Sözləri

Mövlana Cəlaləddin Rumi | Müdrik və Dəyərli Sözləri

Mövlana Cəlaləddin Rumi | Müdrik və Dəyərli Sözləri

Hər şey incəlikdən, insan isə kobudluqdan qırılar.

Hər şey, nəyə layiqdirsə, ona dönür.

Həqiqi məşuqun surəti yoxdur; sevilən onun mənasıdır.

Tovuz quşunun qanadı özünə düşməndir.

Fəqət hər gözəl olanı könül sevməz.

Könül aynası saf olmalıdır ki, həqiqət sirlərini görsün.

Qəlbini təmizləməmisənsə, dəstəmaz almağın faydası yoxdur.

Məni bir mən bilərəm, bir də Yaradan.
Mənə bir mən lazımam, bir də Anlayan...

Bu dünya tələdir, yemi də istəklər.

Allahın ən gözəl əsəri könüldür.

Qalan hər şey ancaq əsərin əsərləridir.

Ən böyük fəziləti ağıl olan adamın dünyası ağılla dərk edilə bilən şeylərlə məhdudlaşır.

Yumşaq ipəyi iti qılınc da kəsmir.

Məhəbbət kimi desən tutub gizli yollarla Allaha aparar.

İnsanın gözü nəyi görürsə, dəyəri də o qədərdir.

Biz elə bir məxluqlarıq ki,
bəzən mələklər insan olmadıqlarına görə üzülür,
bəzən də şeytanlar insan olmadıqlarına görə şükür edirlər.

Aldadan aldanar.

Dürüstlərin tənbəlliyi saxtakarların hakimiyyətinə yol açar.

Min bahar gəlsə də daş göyərməz.

Günəş batanda şamlar parıldayar.

Ya olduğun kimi görün, ya da göründüyün kimi ol!

Dünya dağdır, bizim etdiklərimiz səs.
Səslərin əks-sədası yenə bizim səmtimizə gəlir.

Heç kimlə dostluq etməyən adam dostluğun nə olduğunu bilə bilməz.

Quş ancaq öz cinsindən olan quşlarla uçar.

Duyğu əqlin, əql ruhun əsiridir. Ruh əqlin əlini açınca, əvvəl sənə hakim olan duyğu sənin tabeçiliyinə keçər.

Vaxtından əvvəl ağacdan qoparılmış meyvə nə qədər saxlasan da yetişməz.

Duyğu ruha ağıldan tez yol tapır.

Başqalarının sözlərini təkrar etmək hələ onların mənasını bilmək deyil.

İdrak edə bilən üçün bu yerlərin-göylərin hamısı sözdür.

Nitqi çox bəzəsən, məqsəddən uzaq düşərsən.

Dediklərin ancaq qarşıdakının anlaya bildiyi qədərdir.

Bir şeyi olmadığı yerdə axtarmaq onu axtarmamaq deməkdir.

Mavi şüşədən baxanda hətta Günəş də mavi görünür.

Həqiqəti söyləmək yox, başa salmaq çətindir.

Bütün dünya bədəndir; bilik candır.

Qabınız kiçikdirsə, dəryanı günahlandırmağa haqqınız yoxdur.

Sual da, cavab da bilikdən doğulur.

Yaxşı ki, cahillər kitab oxumurlar.
Yoxsa kitab nüfuzdan düşərdi.

İş ilə öyüd verən söz ilə öyüd verəndən yaxşıdır.

Ağıllıdan gələn cəfa cahillərin vəfasından yaxşıdır.

Cahilin sonda görəcəyi şeyi ağıllılar öncədən görür.

Axmaqlara veriləcək cavab sükutdur.

Ağıl sonradan ah çəkmək üçün deyil; düşünüb tədbir görmək üçündür.

Könlü açıq olanların əlləri də açıq olur.

Ayıbsız dost axtaran dostsuz qalar.

Tut ki Əlidən miras qaldı sənə Zülfiqar,
Səndə Əlinin ürəyi yoxsa Zülfiqar nəyə yarar?

Ölümündən qorxub həyatı zindan zənn etmə!

Ömür zindandırsa məzar onun qapısıdır

İçdəki kiri su yox, göz yaşı yuyar.

Nə qədər bilirsən bil;
Dediklərin qarşısındakının anlaya bildiyi qədərdir.

Yalnız ağıllı insanlarla dostluq edin, çünki bəzən axmaq dost, ağıllı düşməndən də təhlükəli ola bilər.

Tikanda gül bitirən, qışı da bahara çevirər!

Netd.Az

Digər Məqalə və Xəbərlər

MobTop.az