Makedoniyalı İsgəndər (Böyük İskəndər)-in Gücünün Sirri

Makedoniyalı İsgəndər (Böyük İskəndər)-in Gücünün Sirri

Makedoniyalı Böyük İsgəndərin 13 yaşı tamam olanda Misirli həkim kimi özünü tanıdan Nextanobu sarayda özünə yer edir və qısa zaman kəsiyində Aristotellə dost olur. Onlar hər ikisi öz növbələrində İsgəndərin müxtəlif sahələr üzrə müəllimləri olurlar. Aristotel fəlsəfə üzrə, Nextanobu isə magiya istiqamətində dərs keçməyə başlayır.
Gənc yunanın birinci savaşı ərəfəsində firon müqəddəs mücrüsünü ona verir və İsgəndərə döyüşlərdə buradakı oyuncaqlardan istifadə qaydasını öyrədir. Elə bunun nəticəsi idi ki, bütün döyüşlərdə şans böyük sərkərdənin üzünə gülür. Həqiqi atası kimi o da bütün toqquşmlardan qələbə ilə ayrılır. Gənc hökmdar mücrünü həmişə özü ilə daşıyır, hətta ona ən yaxın dostlarının da əl vurmasına icazə vermirdi.
Hökmdar olduqdan sonra ilk iş kimi o, Misiri farsların tabeliyindən xilas edir. Ələ keçirdiyi bütün ölkələr heç də asanlıqla yunanlının hakimiyyətini tanımırdılar, yalnız misirlilərdən başqa. Onlar həmin dəqiqə onu Misir hökmdarlarının nəslindən bilib öz fironları elan edirlər. Tarix yenə də Nextanobunun bu işdə nə qədər əməyi olması ilə bağlı susur.

Netd.Az

Digər Məqalələr

MobTop.az