Luis Suarez Haqqında Məlumat

Luis Suarez Haqqında Məlumat

Luis Suarez Haqqında Məlumat

Luis Suarez Atletiko Madridin və Uruqvay milli futbol komandasının oyunçusudur.

Peşəkar futbolçu kimi karyerasını Uruqvayda Nasyonal FK klubunda başlayıb. 2005-2006-cü il mövsümündə Uruqvay çempionluğunu qazanıb. Bu klubda 27 oyunda meydana çıxıb və 10 qol vurub.

1 iyul 2006 tarixində, Groningen Luis Suarezi azad agent olaraq transfer etdi. Suárez, 2006-07 mövsümündə 29 matça çıxdı və 10 qol vurdu. Groningen forması ilə ilk matçına 20 avqust 2006-ci ildə, Feyenoord matçında forma geydi. Maç 3-0 qalibiyyət ilə nəticələndi. Groningen adına ilk qolu isə 1 oktyabr 2006 tarixində, Vitesse qarşısında 2 qol vuraraq qeyd etdi. Maç 4-3 qalibiyyət ilə nəticələndi. 21 yanvar 2007 tarixində, yenidən Vitesse ilə qarşılaşılan matçda Suárez 2 qol vuraraq müvəffəqiyyətli bir performans ortaya qoydu. Buna baxmayaraq matç 3-2 məğlubiyyət ilə nəticələndi.

9 avqust 2007 tarixində, Ayaks Amsterdam Suarezi Groningendən 7.5 Milyon Avro qarşılığında transfer etdi. Suárez, 2007-08 mövsümündə 33 matça çıxdı və 17 qol qeyd etdi. Ayaks forması ilə ilk matçına 19 avqust 2007-ci ildə, Graafschap matçında geydi. Ayaks adına ilk qolunu də bu matçda qeyd etdi. Maç 8-1 Ayaksınqalibiyyəti ilə nəticələndi. 16 mart 2008 tarixində, Suárez karierinin və Ajax forması altında ki ilk hat-trickini Willem qarşısında etdi. Maç 4-1 Ajax qalibiyyəti ilə nəticələndi. KNVB Kubokunda Suárez ilk matçına 26 sentyabr 2007 tarixində, Kozakken Boys qarşısında çıxdı. Maç 2-1 Ayaksın qalibiyyəti ilə nəticələndi. Suarezin KNVB Kubokunda ki ilk qolunu 16 Yanvar 2008 tarixində Bredaya qarşı 2 qol vuraraq qeyd etdi. Suárez, 2008-07 mövsümündə 31 matça çıxdı və 22 qol qeyd etdi. 12 Aprel 2009 tarixində, Ajax forması altında və karierinin 2.hat-trickini Willeme qarşı etdi. Matç 7-0 Ajax qalibiyyəti ilə nəticələndi. UEFA Avropa Kubokunda Suárez ilk matçına 18 sentyabr 2008 tarixində, Borac Cacan qarşısında çıxdı. Suárez UEFA Avropa Kubokunu ilk qolunu də bu matçda qeyd etdi. Maç 4-1 qalibiyyət ilə nəticələndi. Suárez, 2009-10 mövsümündə 13 matça çıxdı və 7 qol qeyd etdi. Waalwijk və Venlo matçlarında da hat-trick etmə sayını 4-ə yüksəltdi. Venlo və Roda matçlarında 4 qol vuraraq müvəffəqiyyətli performansını davam etdirdi. 23 dekabr 2009 tarixində, KNVB Kubokunda Wezep ilə qarşı-qarşıya gələn Suárez 6 qol qeyd etdi və matç 14-1 qalibiyyət ilə nəticələndi.

Uruqvay milli futbol komandasında indiyə qədər ən çox qol vuran futbolçudur. Uruqvay yığmasında 91 oyunda meydana daxil olan Luis Suarez 47 qol vurub.

Uruqvaylı peşəkar futbolçunun hazırda dəyəri 15 milyon avrodur.

Netd.Az

Digər Məqalə və Xəbərlər

MobTop.az