Hz Əli (ə.s) Sözləri, Müdrik Kəlamları

Hz Əli (ə.s) Sözləri, Müdrik Kəlamları

Hz Əli (ə.s) Sözləri, Müdrik Kəlamları

Netd.Az bəşəriyyətin ən üstün şəxslərindən olan, 14 məsumlardan ikincisi, əziz islam peyğəmbərinin (s.a.s) canişini Hz Əli (ə.s)-ın ən ibrətamiz və dəyərli sözlərini, kəlamlarını təqdim edir.

Zəif olan, heç bir zaman bağışlamaz.

Bağışlamaq böyük insanların bir hünəridir.

Səbir iki cürdür: istəmədiyin, xoşlamadığın şeyə səbir etmək; sevdiyin, dilədiyin şeyə səbir etmək.

Ağıl haqqın carçısıdır.

Həyanın ən yüksək zirvəsi insanın özü-özündən həya etməsidir.

Şəhvətə qul olan pulla alınan kölədən, quldan da aşağıdır.

Ağıllı o adamdır ki, təcrübələr ona öyüd verir.

Dil yırtıcıdır, cilovu buraxıldımı, hücum çəkər, parçalar.

Hər kəs üçün şirin, acı bir son vardır.

Xeyiri azaltmayın, kiçiltməyin, çünki onun kiçiyi də böyükdür, azı da çoxdur.

İki şey var ki, itirilməmiş qədri bilinməz: gənclik və dinclik.

Gözü­­ açıq olana sabah açılmışdır.

Sənin haqqında yaxşı zənndə olanın zənnini gerçəkləşdir.

Dostluq yaxınlığa möhtacdır, onunla tamamlanır; fəqət yaxınlıq dostluğa, sevgiyə daha çox möhtacdır; yaxınlıq sevgi ilə olur.

Hər şəxsin malına iki ortaq vardır: mirası və zəmanə.

Birinin əleyhinə söylənən sözü dinləyən o sözü söyləyən kimidir.

Hər sayılan bitər, hər gözlənən çatar.

Qoynunda yaşadığın şəhər sənə ən layiq olan şəhərdir. Şəhərlərin ən xeyirlisi güzəranını keçirə bildiyindir.

Batil nizamlı, haqq pərakəndə olarsa, batilin haqq üzərində qələbə çalması haqdandır.
Şəxsiyyətə görə haqqı dəyərləndirmə, haqqı bil ki, onun yolçularını da tanıyasan!

Dostunu ehtiyatla sev, ola bilər ki, bir gün sənə düşmən kəsilsin; düşməninlə də ehtiyatla davran, ola bilər, bir gün səninlə dost olsun.

Dostunu, qardaşını üç halda qorumasan, tam dost ola bilməz: düşkünlük vaxtı, özü olmayanda, ölümündən sonra.

Sənə rəğbət və məhəbbəti olan şəxsə rəğbət bəsləməməyin nəsibi nöqsana düşməkdir. Səndən xoşu gəlməyənə rəğbət göstərməyin isə alçalmaqdır.

On səkkiz yaşa qədər əql ilə dəlilik mübarizədədir; on səkkiz yaş tamam olandan sonra hansı biri çox olsa, digərinə qalib gəlir.

Kim camaatdan öyüd götürməsə, Allah onu camaat üçün öyüd mənbəyi edər.

Kim öz nəfsi ilə siyasət apararsa, (onun ağası və rəhbəri olarsa) xalq üzərində də siyasət yürütmək məqamına çatar.

Yeniyetmənin qəlbi, səpilən hər bir şeyi qəbul edən boş yer kimidir. Buna görə də mən sənin qəlbin bərkiməmiş və zehnin (başqa şeylərlə) məşğul olmamış səni tərbiyə etməyə başladım.

Üstün olmaq ehtiyata əməl etməklə olur. Ehtiyata əməl etməksə düşünüb-daşınmaqla olur. Düşünüb-daşınmaq da sirləri gizləməkdədir.

Bir evdəki qəsb edilmiş tək bircə daş o evin dağılması üçün bəsdir.

Ağılsızlıq kimi müsibət yoxdur.

Qəzəb və sərtlik dəliliyin bir növüdür. Çünki bunlara sahib olan peşimançılıq çəkər. Əgər peşiman olmasa, dəliliyi qətidir.

İnsanda bir ət parçası var ki, bədənə bir damarla bağlanmışdır. Bu ürəkdir və çox təəccüblü bir üzvdür. Onun hikmətə aid və zidd şeyləri vardır. O, ümidə qapılsa, tamah onu alçaldar. Ümidsizliyə düşsə, kədər məhv edər onu. Xoşnud olsa, qorunmağı unudar. Qorxuya düşsə qorunmağa başlar. Təhlükə sovuşanda qəflətə düşər. Bir müsibətə uğrayanda qərarsız bir hala gələr. Bir mal tapdımı, zənginlik onu azdırar. Yoxsulluq onu çulğayanda bəlaya düçar olar. Aclığa düşəndə zəiflik onu çökdürər, toxluq edəndə mədə dolğunluğundan narahat olar. Hər xüsusda geri qalmaq ona zərər yetirər, hər işdə irəli getmək onun halını pozar.

Ən aciz şəxs insanlar arasında dostu olmayandır, onlardan da acizi dostu olub onu itirənlərdir.

İnsan öz dilinin altında gizlənmişdir.

Öl, ancaq alçalma, aza kifayətlən, abrını tökmə.

Çalışıb bir şey əldə edə bilməyən şəxs oturmaqla heç bir şey qazana bilməz.

Bədənində baş nə isə, imanda da səbir odur.

Gələcək nəsillər sizdən öyüd götürməmişdən qabaq, siz öz keçmişlərinizdən öyüd götürün.

Zəmanənin öyüdlərini başa düşən şəxs dövrana nikbin olmaz.

Hökmdar öz ordusu ilə siyasətlə davranmazdan əvvəl, özü ilə siyasətlə davranmalıdır.

Ağıl möminin səmimi dostudur.

Ən böyük düzgünlük və mənfəət ağıllı, iman və mənəviyyat sahibi olan insanlarla yoldaşlıq etməkdədir.

Sözün yeri könüldür, ismarlandığı yer düşüncədir, onu qüvvətləndirən ağıldır, meydana çıxaran dildir; bədəni hərflərdir, canı isə mənadır; bəzəyi – biçimli söylənməsidir; düzgünlüyü isə doğruluğundadır.

Dörd şey verilənə dörd şey haram olmaz: dua edən duasının icabətindən (qəbul olunacağından), tövbə edən tövbəsinin qəbulundan, günahının bağışlanmasını istəyən onun bağışlanacağından, şükr etməyə fürsət tapan nemətin çox olmasından məhrum olmaz.

Bu insana təəccüblənirəm: bir yağ parçası ilə görür, bir ət parçası ilə danışır, bir sümüklə doyur, bir dəliklə nəfəs alır.

Üzün suyu (abır) donmuş vəziyyətdədir. Ancaq bir şey istəyən kimi əriyər və damla-damla süzülər.

Üzünün suyunu kimə tökdüyünə diqqət et.

Həqiqəti insanların ölçüləri ilə deyil, insanları həqiqətin ölçüləri ilə tanı.

Bu ümmətin ən yaxşı şəxsi üçün belə Allahın əzabından əmin-amanlıq hiss etmə. Çünki Allah-Taala buyurub: Allahın məkr və tədbirindən, xəsarətə uğrayanlardan başqası əmin-amanlıq hissi keçirməz. Bu ümmətin ən pis şəxsi üçün belə Allahın rəhmət və mərhəmətindən ümidsiz olma, çünki Allah-Taala buyurur: Həqiqətən Allahın rəhmətindən fasiqlərdən başqası ümidsiz olmaz.

Ağıllı o adamdır ki, təcrübələr ona öyüd verir.

Öz nəfslərinizlə təqva ilə siyasət aparın və xəstələrinizi sədəqə verməklə müalicə edin.

Möhkəm dağları yerindən qoparmaq bir-birinə nifrət edən qəlbləri bir-birinə bağlamaqdan daha asandır.

Zənginlik qürbətdə vətəndir, yoxsulluq vətəndə qürbət.

Qədrini (həddini) bilməyən şəxs məhv olar.

Şiddət son dərəcəyə çatanda fərəhli anlar başlar. Bəla həlqələri daralanda genişlik üzə çıxar.

Qadınların pislərindən çəkinin, xeyirlilərinə ehtiyatla yanaşın.

Hər gəlib çatan dönüb gedər, hər dönüb gedən gəlməmişə, olmamışa dönər.

Ey Adəm oğlu, ehtiyacından artıq qazandığın şeyi başqası üçün yığırsan.

Xainlərə vəfa etmək Allaha xəyanətdir.

Daş haradan atılıbsa oraya tullayın: çünki şəri şər aparar.

Elə qan var ki onu dil tökər.

Allahın sənə verdiyi nemətləri itirmə, Onun verdiyi nemətlərin əsəri səndə görünməlidir.

Zaman geciksə də, nəticə geciksə də, səbir edən mütləq zəfər çalar.

Kim həya libasına bürünsə, xalq onun ayıblarını görməz.

Qısqanc olan, qeyrət sahibi kimi tanınan qətiyyən zina etməz.

Günaha bataraq üstünlük qazanan, üstünlük əldə etməmişdir; o, şərlə ucalan zəlalətə düşmüşdür.

İnsanın dili olmasa, insan söz söyləməsə, surətə bürünmüş bir varlıqdan, yaxud başı açıq buraxılmış otlayan bir heyvandan onun fərqi varmı?

Savaşda birisini savaşmağa çağırma, fəqət səni çağıran olsa, get: çün, savaşa çağıran asidir, asininsə öldürülməsi gərəkdir.

Cahillər çoxalan zaman ariflər qərib olur.

İnsan nə qədər də qəribədir !?

O var-dövlət qazanmaq üçün sağlamlığını itirir, sonra da sağlamlığını geri gətirmək üçün sərvətindən keçir.

O hazırkı vaxtında gələcəyin dərdini çəkir, amma gələcəkdə isə keçmiş vaxtları özləyir.

O elə yaşayır ki sanki heç ölməyəcək, amma elə şəkildə ölür ki sanki heç anadan olmamış.

Dostun yumruğu ağrıdır.

Düşməninizə dost olmaq üçün min şans verin, ancaq dostunuza düşmən olmaq üçün tək bir şans verməyin

Həya bütün yaxşılaqların açarıdır.

Netd.Az

Digər Məqalə və Xəbərlər

MobTop.az