Erlinq Braut Haland (Erling Haaland) Kimdir?

Erlinq Braut Haland (Erling Haaland) Kimdir?

Erlinq Braut Haland (Erling Haaland) Kimdir?

Erlinq Braut Haland (Erling Haaland) - Almaniya Bundesliqası təmsilçisi Borussia Dortmund klubunda hücumçu kimi çıxış edən Norveçli peşəkar futbolçudur.

Məşhur futbolçu 21 iyul 2000-ci ildə anadan olmuşdur.

Haland Brune akademiyası vasitəsilə inkişaf etmişdir. Haland öz peşəkar karyerasında debütünü 12 may 2016-cı ildə Ranheym klubuna qarşı oyunda etmişdir. O, 69-cu dəqiqədə Robert Undheymi əvəz etmişdir. Həmin görüşdə Brune liqa görüşündə rəqibinə 1-0 hesabı ilə məğlub olmuşdur.

Haland 1 fevral 2017-ci ildə Molde klubuna transfer olmuşdur. Haland klub ilə debütünü 4 iyun 2017-ci ildə Sarpsburq klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Fredrik Brustadı əvəz etmişdir. Həmin görüşdə Molde liqa görüşündə rəqibinə 1-0 hesabı ilə məğlub olmuşdur.

2017-ci ildə Haland Norveçin gənclərdən ibarət milli komandası ilə Xorvatiyada keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir. Turnirdə Haland İngiltərə, Niderland, Ukrayna milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.

Gənc futbolçunun hazırda dəyəri 130 milyon avrodur.

Netd.Az

Digər Məqalə və Xəbərlər

MobTop.az