Elvin Nasir & Aqşin Fateh - Qazi Gəlir Sözləri + Mp3 Yüklə

Elvin Nasir & Aqşin Fateh - Qazi Gəlir Sözləri + Mp3 Yüklə

Mp3 Yüklə

Elvin Nasir & Aqşin Fateh - Qazi Gəlir Mahnı Sözləri

Elvin Nasir:

Çəkilin qazi gəlir,Allah razi,gəlir
Yolunda qurban kəs,ver nəzir niyazi gəlir
İtirib əlin qolun,ayağlarını ancaq ki
Düşmənə verilməyən bütöv bir ərazi gəlir

Çəkilin qazi gəlir

Aqşin Fateh:

Bu həmin qazidir ki, verdi iki gözlərini
Vətənin tarixinə qanla yazıb sözlərini
Elə dərindən atıb ki, Şuşada izlərini
Ayağın öpməyə quyruq bulayan tazı gəlir

Çəkilin qazi gəlir

Elvin Nasir:

Ona hər şey fədadır
Bir ovuc torpağı çəkdilər ki, bir can elədi
Həyatda ən dəyərli şey ki, canın sağlığıdı
Bu adamlar onu bu millətə qurban elədi

O həmin qazidir ki şəhidlik arzusundadır
Ağlayır halına yox,dostları şəhid düşüb
Bir gecə qəfil oyanmış yuxudan ağlayaraq
Ki şəhid dostu gəlib yuxuda şəhidnən görüşüb

Çəkilin qazi gəlir

Aqşin Fateh:

Bir vaxtı ayaqyalın yurdunu o tərk eləyib
Ruhunu laylay yox güllə səsindən bələyib
Qayıdıb yerlə-göyü nərəsiylə silkələyir
Səsi haqqdır harayından quran avazı gəlir

Bu həmin qazidir ki, atəş onda sovuşmayıb
Vətənin dar günündə lazımammı soruşmayıb
O nə tərif nə mükafatlar üçün vuruşmayıb
Beşiyindən ona sancılmış alın yazı gəlir

Çəkilin qazi gəlir

Elvin Nasir:

Çəkilin qazi gəlir,üstündə vətən torpağı
O həmin torpağın üstündə bitən bir çiçəkdir
Sağlığını verdiyi torpağda vətən bayrağı var
Qazilər keçmişdir,bugünkü gündür,gələcəkdir

Çəkilin qazi gəlir,yolunda çiçək səpin
Aldığı güllə yarası bu millətin ürək dağıdır
O sarğılar ki bağlanıbdır onun yaralarına
Həmin ol qanlı sarğılar qeyrət bayrağıdır

Çəkilin qazi gəlir

Aqşin Fateh:

Mübarizin, Poladın yerini yağıya verməyəcək
Qulağında Xudayarın səsi var getməyəcək
Bəlkə də günəş nuru bir də gözünü görməyəcək
Xarı bülbül gülünün xəyalından
azı gəlir

Vətən uğrunda ölənlər ölü olmaz diridir
Çün şəhadət kişinin qeyrətinin təsiridir
Qarabağ məmləkəti möcüzələrdən biridir
Görməyənlər daha görmək üçün o ecazı gəlir

Çəkilin qazi gəlir

Netd.Az

Digər Məqalələr

MobTop.az