Bəxt Üzüyü Filmi (1991)

Bəxt Üzüyü Filmi (1991)

Bəxt Üzüyü Filmi (1991)

Bəxt Üzüyü Filmi Full İzlə


Bəxt üzüyü tammetrajlı bədii filmi rejissor Ramiz Əzizbəyli tərəfindən 1991-ci ildə ekranlaşdırılmışdır. "Qara Qayafilm" studiyasında istehsal edilmişdir. Film Saranın (Gülşad Baxşıyeva) bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulmuşdur. Əsas rolları Afaq Bəşirqızı, Valeh Kərimov, Gülşad Baxşıyeva, Ayşad Məmmədov, Firəngiz Rəhimbəyli, Nəsir Sadıqzadə və Rəfael Dadaşov ifa edirlər. 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival müsabiqəsində quruluşçu rejissor Ramiz Əzizbəyliyə tamaşaçı rəğbətinə görə Mükafat verilmişdir.

Bu qrotesk film qəhrəmanlardan biri-Saranın (Gülşad Baxşıyeva) bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulmuşdur. Əslində isə burada söhbət bir nəfərin deyil, bütün xalqın bəxtinin itməsindən gedir. Moşu (Valeh Kərimov) kimilər isə bu itirilmiş bəxti axtarmaqdansa, "xoşbəxtliyə" qafiyə axtarmaqla məşğul olur, öz-özünü və ətrafındakıları aldadırlar.

İnsanlar, bir-birinizə laqeyd qalmayın, diqqətli olun. Axı, siz İnsansınız, pul, əşya deyilsiniz, saqqızla aldanmamalısınız. Bu çağırış filmin əsasını təşkil edir. Film bizim bir-birimizə, ətrafdakılarımıza münasibətimiz barədədir.

Film haqqında

Film dramaturq Vaqif Səmədoğlunun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir.
Film 2 ay ərzində Şüvəlanda çəkilib. Bağ yeri Şüvəlanda, bazar Mərdəkanda, dəniz Bilgəhdə lentə alınıb.

Festival və mükafat

1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival müsabiqəsində quruluşçu rejissor Ramiz Əzizbəyliyə tamaşaçı rəğbətinə görə Mükafat verilmişdir.

Filmin heyəti

Quruluşçu rejissor — Ramiz Əzizbəyli
Ssenari müəllifləri — Ramiz Əzizbəyli, Orxan Fikrətoğlu
Əsərin müəllifi — Vaqif Səmədoğlu
Quruluşçu operator — Amin Novruzov
Quruluşçu rəssam — Rafiq Nəsirov
Səs operatoru — Kamal Seyidov
Rejissor — Elman Şeydayev
Operator — Kamal Məlikov
Bəstəkar — Eldar Mansurov
Qrim üzrə rəssam — Rəna Əliyeva
Geyim üzrə rəssam — Nizami Bəydəmirov
Montaj edən — Nailə Dadaşova
Mahnıları ifa edirlər — Ramiz Əzizbəyli (titrlərdə yoxdur), Firəngiz Rəhimbəyli, Mübariz Tağıyev, Səxavət Məmmədov, Tac (qrup)
Mahnıların mətni — Ramiz Əzizbəyli ("Həyat yolu"), Vahid Əziz ("Bu sevgi"), İsmayıl Dadaşov ("Tanqo"), Vaqif Səmədoğlu ("Bir sabah") (titrlərdə yoxdur)
Redaktor — Ramiz Rövşən
Filmin direktoru — Akif Musayev

Rollarda

Afaq Bəşirqızı — Söylü
Valeh Kərimov — Moşu Göyəzənli
Gülşad Baxşıyeva — Sara
Ayşad Məmmədov — Hüseyn
Firəngiz Rəhimbəyli (Firəngiz Rəhimbəyova kimi) — Sevda
Nəsir Sadıqzadə — Tanrıbəy
Rəfael Dadaşov — Rasim
Muxtar Maniyev — Zırpı
Cahangir Novruzov — milis rəisi
Arif Quliyev — milis nəfəri
Ramiz Əzizbəyli — sərxoş

Filmi səsləndirdilər

Ramiz Əzizbəyli — milis nəfəri(Arif Quliyev),qatıqsatan (titrlərdə yoxdur

Netd.Az

Digər Məqalə və Xəbərlər

MobTop.az