Aysel Məmmədova

Aysel Məmmədova

Aysel Məmmədova 3 iyul 1989-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Musiqiçi ailəsində doğulan Ayselin həyatı uşaqlıqdan musiqi ilə bağlı olub. O, 1995-2006-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 2010-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Aysel "Caspian Jazz & Blues Festival" (2002), Bakı Beynəlxalq Caz Festivalı (2005/2006), "MuzEnergo Festival of Music Improvisation" (2007), Montro Caz Festivalı (2009) Emil İbrahimin musiqi qrupunun müşayiəti ilə, Qafqaz Caz Festivalı (2012) və "Jara-2017" festivalı kimi beynəlxalq musiqi festivallarının iştirakçısı olub.

Aysel 2013-cü ildə tanınmış musiqiçilər Aleksandr Koppaloni və 2015-ci ildə isə Debora C.Karterdən özəl dərslər alıb. Eyni zamanda, Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, İsrail, İsveçrə, Niderland və İtaliyada keçirilən musiqi tədbirlərində də iştirak edib.

Aysel pianoçu, vokalist və bəstəkardır.

8 noyabr 2017-ci il tarixində İctimai TV rəsmi olaraq Aysel Məmmədovanın ölkəni Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil edəcəyini açıqlamışdır. İfaçının Lissabon səhnəsində ifa edəcəyi mahnı "X My Heart" 2018-ci ilin mart ayının 4-də təqdim olunmuşdur. Müsabiqənin 8 mayda baş tutan birinci yarımfinalda səhnə alan ifaçı nəticədə müsabiqənin final mərhələsinə adlaya bilməmişdir.

Netd.Az

Digər Məqalələr

MobTop.az