Axırıncı Yol Filmi Full İzlə Tək Parça HD

Axırıncı Yol Filmi Full İzlə Tək Parça HD

Azərbaycan Komediya Kinosu Axırıncı Yol Full İzlə


Axırıncı yol tammetrajlı bədii filmi rejissor Emil Abdullayev tərəfindən 2016-cı ildə ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyası və İlk medianın birgə məhsuludur. “Axırıncı Yol” macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Filmdə əsas rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov və İlkin Miskərli ifa edirlər.

Macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi (İlkin Həsəni), Şöşü (Ramil Babayev), Fəlakət (Elşən Orucov), Şirin (Nicat Rəhimov), Qılman (İlkin Miskərli) və Ağsaqqalın (Azər Baxşəliyev) başına gələn maraqlı əhvalatdan bəhs edir. Belə ki, çıxılmaz bir vəziyyətə düşən qəhrəmanlar yerli bankların birindən içində iki milyon dollar olan inkassator avtomobilini qaçırırlar. Bundan xəbər tutan ölkə polisi cinayətkarları tapmaq üçün hər bir varianta əl atır. Şöşünün başçılığı ilə cinayətkar dəstə banka məxsus inkassator avtomobilinin görkəmini dəyişərək “SOSKA Uşaq Əyləncə Mərkəzi” adı ilə cinayət izini itirmək istəyirlər, lakin bu onları daha da çətin bir vəziyyətə salır.

Ssenarist: Ənvər Abbasov, Samid Ağayev, Elnur Hüseynov
Rejissor: Emil Abdullayev
Operator: Rəşad Qarayev
Prodüser: İlkin Həsəni
Rəssam: İqbal Əliyev

Rollarda

İlkin Həsəni — Şəmi
Ramil Babayev — Şöşü
Elşən Orucov — Fəlakət
Azər Baxşəliyev — Ağsaqqal
Nicat Rəhimov (aktyor) — Şirin
İlkin Miskərli — Qılman
Cavidan Novruz — İntiqam
Nigar Əliyeva — Mənzurə
Tərlan Nur Yaşar — Misir
Ədalət Əbdülsəmədov
Sonaxanım Əliyeva
Məhərrəm Qurbanov
Cavanşir Hadıyev
Yadigar Muradov

Netd.Az

Digər Məqalələr

MobTop.az