Ağıl Haqqında Müdrik Sözlər

Ağıl Haqqında Müdrik Sözlər

Ağıl, bədənin sahibidir. - Alfred De Viqni

Ağıl dünyanı yerindən oynada biləcək ling, pul isə onun dayaq nöqtəsidir (Onore de Balzak)

Ağıl insana ağıllı yaşamaq üçün verilir. (Vissarion Belinski: Rus tənqidçisi və filosofu)

Ağıl sahibi olan hər hansı bir şəxs bütün eyiblərdən uzaq olur. (Zeynalabdin Şirvani)
Ağıl vermək və ağıllı lmaq tamamilə müxtəlif şeylərdir. (Georq Lixtenberq)

Ağıl və zəkanın nə olduğnu çox araşdırdım. Sonda, bunun düşüncəli cürətdən başqa bir şey olmadığını anladım. (Napoleon Bonapart)

Ağıldan kəmliyi iki şey müəyyən edir : susmaq lazım gələndə danışmaq, danışmaq lazım olanda susmaq. (Sədi Şirazi)

Ağılı kamilləşdirmək üçün öyrənməkdən çox, düşünmək lazımdır. (Rene Dekart)

Ağıllı insanlar cəmiyyətin qan damarıdır. (Daniel Defo)

Ağıllı olmaq kifayət deyil, kifayət qədər ağıllı olmalısan ki, özünü həddən artıq ağıllı saymayasan. (Andre Morua: Fransız yazıçısı)

Ağılın çevikliyi gözəlliyi də əvəz edə bilər. (Anatol Frans)

Netd.Az

Digər Məqalələr

MobTop.az